تئوری

ALLAHIN ADI İLƏKino1

İranın bir qrup Azərbaycanlı kinematoqrafçılarının Qarabağın azadlığına dəstək BƏYANATI

QARABAĞIN İŞĞALINA SON QOYUN!

Əziz vətəndaşlar!

İranın başıuca və azadlıqsevər xalqı!

Bildiyiniz kimi, dost və qonşu Azərbaycan ölkəsi, müstəqillikdən sonra, 90-cı illərin əvvəllərində, qonşu Ermənistan ölkəsinin təcavüzü və işğalçılığına, bu təcavüz nəticəsində, dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonunun işğal edilməsinə məruz qaldı, minlərlə müsəlman bacı qardaşlarımız, toqquşmalarda, Xocalı soyqırımı kimi, qətliamlarda şəhid oldu, bir milyondan çox azərbaycanlı isə öz doğma yurdundan didərgin düşdü.

 

O hadisələrdən ötən son 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa və tanınmış beynəlxalq sərhədlərə qayıtmağa çağıran 4 qətnamənin qəbul olunmasına rəğmən, Ermənistan və onun tabeliyində olan silahlı qruplar, bəzi ölkələrin o cümlədən qərb ölkələrinin himayəsinə arxalanaraq, bu qətnamələrə məhəl qoymur və bu böyük zülm və ədalətsizliyi davam etdirir.

Biz İranın Azərbaycanlı kinematoqrafçıları, İranın digər ədalətsevər və haqsevər xalq kütlələri və bütün azadə və vicdanlı insanlar, xüsusiylə Azərbaycan vilayətlərinin möhtərəm imam cümələri və bəzi millət vəkilləri, ədliyyə vəkilləri və digərləri ilə birlikdə Azərbaycanlı müsəlman bacı qardaşlarımızın və Azərbaycanın qəhrəman ordusunun işğal olunmuş əraziləri geri qaytarmaq əzmini dəstəklədiyimizi bildirir və bu qürurverici döyüşün şəhidlərinin xatirəsini yüksək tutaraq, yaralılara tezliklə şəfa diləyir, işğala son qoyulmasını arzulayır, Qarabağın azad edilməsindən sonra davamlı və ədalətli sülhün uğrunda danışıqların aparılmasını istəyirik.

İranın  bir qrup Azərbaycanlı kinematoqrafları

Rza Naci

Nasir Şəfəq

Rəhim Bişarət

Rəhbər Qənbəri

Ətabək Nadiri

Rza Siyami

Naği Neməti

Əzim Məhəmmədi

Əli Əbdali

Eyyub Danişvər

Məhəmməd Müslimi

Yaqub Siddiq Camali

Soniya Fəthi

Əfşin Əlizadə

Mir Dövlət Müsəvi

Bəhram Ərk

Şahram Cavadxani

Rza Camali

Yusif Yəzdani

Şahzad Qüreyşi

Mehdi Meyməndi

Əlirza Salmanpur

Yunus Tərrahi

Rəsul İranzad

Erturan Nəcəfi Göl

Rza Almasi Porqu

Behruz Aləmi

Seyyid Vəhid Hüseyni Nami

Məhəmməd Əlimuradi

Seyyid Məhəmməd Hüseyni

Əli Həsənzadə

Seyid Rəzi Mahmudi Fəxrabadi

Səccad Səqəfi Rad

Rəsul Əlizadə Muğanlı

Fərid Ədhəmi

Əhəd Aqili

Behzad Mövlud

Hayidə Muradi

Leyla Novruzi

Leyla Əhədi

Məhbub Şükürzadə

Sadıq Movlai

Salman Abbasi

Abdüllah şükri

Tahir Fərnud

Kərim Əzimi Cəcin

Əbdüləli Məhəmməd Hüseyni

Əkbər Sadiqi

Mürtəza Müqəddəm

Möhsün Bijənpur

Cəfər Nadiri Əkkasbaşı

Cəlil Əsğəri

Zəhra Türkmənli

Mehdi Heydəri

Həbibə Ahəngər

Kavə Cədidi

Rza Fəllahian

Fərnaz Ahəngər

Səid Dəryadel

Heydər Hatəmi

Mehdi Məhəmmədi

Şayan Hamidi

Məhəmməd Zare

Rəna Vaezi

Fərhad Əbdi

Haşim Muradi

Ehsan Məhdiyan

Əmir Gülşəni

Yaşar Nadiri

Hamid Müsəvi Hüseyni

Arman Danişvər

Hüseyn Pənahi Müqəddəm

Məhəmməd Hadi Əmini

Rza Fəthi

Əmin Bahocb

Əkbər Şəriət

Lalə Əlizad

Bərmək Bəşiri

Əhməd Nəsiri

Əli Şərifi

Hamid Əhmədzadə

Hadi Zunuzi

Hamid Dərvişi

Rza Salami

Rza Cavanşir

Hadi Məhəmmədpur

Mehdi Vəlizadə

Yunus Rəstgarniya

Həsən Məleki Ağabağır

Səməd Elyasi

Məhəmməd Xəbbazi

Məhəmməd İsməlipur

Məhəmməd Fərşbaf

Daryuş Tohidi

Solmaz Əlizadə

Məryəm Əsğəri

Mehdi Şiri