قطعنامه، اطلاعيه

Son Günlərdə İran’da Baş Verən Olaylara Bağlı
Özgürlükçü Türk Aydınlar İctimâiyyəti Tərəfindən
Dalgha4 Azərbaycan, İran və Dünya Qamuoyuna

XX. yüzilin başlarından etibarən bölgəmizdə ədâlət və demokrasi uğru

na ilk aydınlanmaçı mücâdilə hərəkâtı Azərbaycan və Qafqazlarda başladılmış, bu doğrultuda xalqın da öz qədərini və yönədilmə şəklini bəlirləmə irâdəsini ortaya qoymasıyla birlikdə Təbriz öndərliyində monarşizmə son verib anayasal düzəni qurmağı amaclayan Məşrûtiyyət Devrimi (1906-1911) ilə bölgədə haqlı bir savaş yürüdülmüşdür.

 İrâdəsi idârəyə yansımayan rə’yət kütlənin yurddaş səviyyəsinə yüksəlməsini gerçəkləşdirəcək olan məşrutiyət devrimi yabancı və sömürgəçi güclərin müdâxiləsi və yerli işbirlikçilərin əski zorbalıq sistemini daha qarmaşıq başqa bir biçimdə sürdürməyə çaba göstərməsiylə uğursu qalmışdır. Tehran’ın geriçi tutumuna qarşı çıxan Azadistan Hərəkəti (1919-1920) kimi özərkçi yerli ayaqlanmalar və demokratik yapılanmalar da qanla basdırılmış; siyâsi ortam bu coğrafiyanın etnik, dini, siyasi, toplumsal heterojen yapısına təməldən tərs olan və qatılımçı Məşrûtiyyət gələnəyini yox edən Pəhləvi rejimi sîmasında İran-Fars sintezi biçimində qondarma bir ulus-dövlətin quruluşu və bu rejimin təktipləşdirici, buyurğan, otoriter, mərkəziyyətçi, oliqarşik icrâatı ilə sonuclanmışdır.

Mərkəziyyətçi və Şiə-Fars sintezinə dayalı İran İslam Cümhuriyəti rejimi də əski düzənin mâhiyyətini qorumaqla iç sömürgənin dəvamı olmaqla birlikdə öz totaliter dar ideolojisinə görə bir insan tipi və gerçəkdə qarşılığı olmayan bir ümmət-millət yapısı oluşdurmağa çalışmaqla bütün bireysəl və toplumsal özgürlükləri yox saymışdır.

1979 Devrimi sonrası ədâlət, ağıl və özgürlük düşmənliyinə dayalı düzən dəyişik düşünən yurddaşları sorumsuzca öldürüb, işkəncəyə uğratmış, göstərilik e’dam və göstərməlik etiraflar düzənləməklə qorxu imperyası yaratmışdır. Bu basqıçı rejim etnik, məzhəbî və cinsiyətçi ayrıseçkilik yaradır; mütləqiyyətçi dar qəlibinə uymayan yurddaşı aşağılayıb yalançı suçlara mə’ruz buraxır; aclığı və yoxsulluğu milyonluq ölçüdə çoxaldıb kütləyə yoluxdurur; oğurluğu və mâli pozğunçuluğu qurumsallaşdırır; yerli xalqın ilkəl ehtiyaclarını qarşılamaq yerinə bölgədə firqəçi vəsâyət savaşları yartmaqla bölgəsəl mâcəraçılıqlar və ideolojik quruntular uğruna ölkə qaynaqlarını tükədir; bölgədə kriz yaradıb teror qruplarına dəstək sağlayıb yardım edir; ən kiçik ələşdirini dözümsüzlüklə qarşılayır; evrənsəl yasalara və həttâ öz qoyduğu yasalara və qurallara belə uymayır; əməldə toplumun irâdəsini heçə sayır və ona qarşı heç bir sorumluluq daşımamaqdadır. Ancaq bu dövlət düzəni bütün bu rəsmî suç qurğusuna rəğmən xalqın bilinclənmə, ədâlət arayışı və özgür bir toplumda yaşama irâdəsinə üstün gələbilməmişdir. Bugün ölkənin çoxlu bölgəsi bütün hökûmət və ölkənin yönətmə ərkânına hakim olan zülm və pozğunçuluğa e’tiraz olaraq ayağa qalxmış olan və hökûmətdə yalançı düzəliş seçənəyini rədd edərək tək səslə diktatorluğa, yarğı gücünə hâkim olan özbaşınalıq və pozğunçuluğa, qamu mallarının yönədicilərcə hesabsız biçimdə yağmalanmasına, din adamlarının tanrılığına və topluma qarşı firavunluğuna son vermə istəyini dilləndirməkdədirlər.

Varolan çarpıq siyâsi sistem başından bəri bir yandan bütün müxâlif alternatif hərəkətləri tapdamaqla toplumu çârəsizlik və seçənəksizliyə sürükləyir, bir yandan da öz yozlaşmış düzənini sürdürmək üçün öz cılız çərçivəsinə uyğun pasif bir iç müxâlifət yaratmağa çalışır. Dış müxâlifət də yüzillik istibdad, təkmərkəzçilik və şovenizm keçmişindən qopabilmədiyi üçün topluma öndərlik etmk və bütün müxâlif güclər arasında birlik sağlayıb bir hərəkət nöqtəsi və alternatif olmaqda qısır qalmış; qarşı olduğu sistemə bənzəşməklə tutum, söyləm və yöndəm olaraq çoxunluqçu və ayrımçı gələnəkdən qurtulabilməmişdir.

Biz, yüzillik bir sosyal-demokrat gələnəyin mirasçısı olan Azərbaycan toplumu olaraq bu ayaqlanmaların daha köklü sorunların sonucu olduğunu, bu rejimin sonunu gətirincəyə dək dalğa-dalğa sürəcəyini, millətin qorxusu və rejimin heybətinin artıq ortadan qalxdığı bu durumda hərhansı bir basqı və şiddətin xalqın haqlı tələblərini əngəlləyəbilməyəcəyini düşünürük.

Yaşanan göstəri və ayaqlanmarın hərhansı bir iç və dış sui-istifâdələrə âlət olmaması üçün minimal tələblər üzərində anlaşılmasını arzulayır, intiqamçı şiddətə baş vurulmamasını, dövlətin də qaba gücə başvurmadan tək çıxış yolu olaraq gerçək anlamda sərbəst seçimlərin və referandumun  keçirilməsinə yola açması gərəkliyi inancını daşıyırıq.

Biz israrla bildirirk ki, bu e’tiraz ortamı toplumun bütün kəsimlərinin tələblərinin heç birinə salt öncəlik verib obirisi ertələnmədən dilləndirilməsi uğrunda qullanılmalı; siyâsi biləşənlər demokratik təâmüllərə uyaraq mücâdilə və dirəniş rûhunu zədələyən hərhansı bir eyləm və söyləmdən uzaq durmalı və ötəkiləşdirici tutumdan bir an öncə vazkeçməli; əzilən və sömürülüb dışlanan kəsimlərin səsi olmalıdır. Bu coğrafiyadakı yüzillik demokratik mücâdilələrin târixi ilə uyuşmayan istəklərdən və şiddətdən uzaq duraraq bu haqlı mübârizələrin özgürlük və demokrasi mehvərində yürüdülməsi gərəkdiyini düşünürük.

Bizə görə sistemin qalıcılaşdırılmasına yönəlik iqtidardan yoxsun bir hökûmətdə cılız reformlar, ya da sırf siyâsi gücün əl dəyişdirməsi biçimində şeyx yerinə şahın gətirilməsiylə bu ədâlət və özgürlük krizinin yenə də dəvam edəcəkdir. Bu çalpaşıq durumda tək kəsin çözüm bireysəl və toplumsal özgürlüklərin və toplu kimliklərin öz irâdəsi doğrultusunda yaşadılmasını qaranti altına alan evrənsəl normlara dayalı və çoxulçu bir hüquq dövlətidir. Xalqların və bütün azlıqların irâədəsinin təmsil edilməli və siyâsi güc parçalanaraq dəngələnməlidir. Toplumun bütün kəsimlərinin eşid bir şəkildə rifah, güvənlik, təhsil və sağlıqdan pay almasını sağlayan bir ekonomik düzənin qurulmalıdır.

Biz toplumsal ədâlətin ancaq qatılıma dayalı saydam, sorğulanabilən və dənətlənəbilən bir yönədim sisteminin qurulması şərtiylə ortya çıxacağına inanırıq. Bütün bu ertələnmiş istəklərin gerçəklik qazanması, ölkə və bölgənin böhrana və çatışmaya sürüklənməsinin əngəlləməsi ancaq və ancaq bütün xalqların öz müqəddərâtını bəlirləyəbiləcəyi basqısız bir referandumun gerçəkləşməsi və sərbəst seçimlərin keçirilməsi üçün sağlıqlı ortamın hazırlanmasına bağlıdır.

“Yaşasın azadlığı yaşatmaq üçün yaşayan millət” (Şeyx Məhəmməd Xiyâbâni).

Güney Azərbaycan
04.01.2018